Спорт

Premyer Liqa: Bu gün X turun daha 2 oyunu keçiriləcək

Report ·

Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək."Report" xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq. Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək."Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

"Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar. Misli Premyer LiqasıI dövrə, X tur1 noyabr15:00. "Şamaxı" - "Neftçi"Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı şəhər stadionu17:30. "Kəpəz" - "İmişli"Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov. VAR: Rəşad Əhmədov. AVAR: Kərim Zeynalov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldar Məmmədov. Gəncə şəhər stadionu. Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

"Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Источник: Report

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.