Спорт

Cek Qriliş intizamsız davranışına görə "Everton"dan kənarlaşdırılıb

Report ·

İngiltərənin "Everton" klubu yarımmüdafiəçi Cek Qrilişi iki gün ardıcıl spirtli içki qəbul etdiyinə görə heyətdən kənarlaşdırıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, futbolçu oktyabrın 19 və 20-də spirtli içki qəbul etdiyi məkanlarda olub.

Məlumata görə, məşqə icazəsiz qatılmayan Qriliş intizam qaydalarını pozduğuna görə cəzalandırılıb və İngiltərə Liqa Kubokunun "Nyukasl"la matçı üçün iştirak ərizəsinə daxil edilməyib.

31 yaşlı yarımmüdafiəçi "Everton"da "Mançester Siti"dən icarə əsasında çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyun ərzində 429 dəqiqə meydanda olub və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

"Transfermarkt" portalı hazırda futbolçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin avqustunda "Aston Villa"dan "Mançester Siti"yə 117,5 milyon avroya transfer olunub.

Источник: Report

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.