Azərbaycan Basketbol Liqasında V tura iki oyunla yekun vurulub
Azərbaycan Basketbol Liqasında V tura son iki oyunla yekun vurulub."Report"un məlumatına görə, Gəncə İdman Sarayında NTD ilə üz-üzə gələn "Gəncə" 100:80 hesablı qələbəyə sevinib."Sabah" isə Bakı İdman Sarayında "Sumqayıt"ı məğlub edib - 100:85. Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.
Источник: Report