Спорт

Azərbaycan Basketbol Liqasında V turun son oyunları bu gün baş tutacaq

Report ·

Azərbaycan Basketbol Liqasında V turun son oyunları bu gün baş tutacaq."Report"un məlumatına görə, turun son günündə daha iki qarşılaşma keçiriləcək. Günün ilk matçında "Gəncə" və NTD komandaları saat 14:00-da Gəncə İdman Sarayında üz-üzə gələcək. Eyni saatda Bakı İdman Sarayında "Sumqayıt" və "Sabah" komandaları qarşılaşacaq. Xatırladaq ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib. Turnir cədvəlində 5 xalı olan "Sabah" beşinci, eyni xala malik "Sumqayıt" altıncı pillədə qərarlaşıb. Hərəyə 4 xalı olan "Gəncə" və NTD isə müvafiq olaraq yeddinci və səkkizinci yerləri tuturlar.

Источник: Report

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.