İdman

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC ABŞ-nin Alabama ştatında futbol matçından sonra stadion yaxınlığındakı küçələrdən birində baş verən silahlı hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Birmingem şəhər Polis Departamenti ənənəvi “Magic City Classic” futbol matçından sonra “Legion Field” stadionunun yaxınlığında silahlı insident baş verdiyini bildirib.

Hadisə stadionun yaxınlığındakı küçədə, səyyar ticarətçilərin fəaliyyət göstərdiyi ərazidə qeydə alınıb. İnsident nəticəsində bir nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib. Polis hadisə yerində bir neçə odlu silahın götürüldüyünü açıqlayıb. İnsidentlə bağlı araşdırma başlanılıb, bir nəfər saxlanılıb.

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.