İdman

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a verilən məlumata görə, kişilərin yarışında 14 xal toplayan Xaqan Əhməd ölkə çempionu olub. Çempiondan yarım xal geri qalan Əhməd Əhmədzadə ikinci yeri tutub. Xəzər Babazadə və Allahverdi Həmidov eyni xal toplasa da (12,5 xal), əlavə göstəricilərə görə X.Babazadə üçüncü yerdə qərarlaşıb.

Qadın şahmatçıların yarışında Ləman Hacıyeva 14 xalla bütün şahmatçıları qabaqlayaraq qalib adını qazanıb. Türkan Məmmədyarova 13 xalla çempionatı ikinci yerdə başa vurub. Mələk İsmayıl 11,5 xalla üçüncü yerlə kifayətlənib. Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 10 000 manat təşkil edib.

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.