İdman

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

AZƏRTAC ·

Astana, 1 noyabr, AZƏRTAC Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub. Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq. Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.