Hadisə

Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib

Report ·

Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri İlan şəhərindən 39,4 kilometr şərqdə, dənizdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyen rayonlarının bir neçə ərazisində hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Mənbə: Report

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.