Hadisə

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Fransanın bir neçə şəhərində polislə etirazçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı 60 nümayişçi yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” təcili yardım xidmətlərinə istinadən məlumat yayıb. Qeyd edilir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldıqları barədə hələlik ətraflı məlumat verilmir. Qəzetin istinad etdiyi sənədlərə əsasən, toqquşmalarda 18 polisin yaralandığı bildirilir.

Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı da bildirilir. Şənbə günü ölkə boyu yenidən alovlanan etiraz aksiyalarında gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, təxminən 500 min nəfər qatılıb.

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.