Hadisə

Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb

Report ·

Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Sahil Mühafizəsi və Jandarm qüvvələri qanunsuz miqrasiya istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 3 şübhəli barəsində hüquqi prosedurlara başlanılıb.

Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Mənbə: Report

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.