Hadisə

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

AZƏRTAC ·

Salyan, 1 noyabr, AZƏRTACSalyan rayonunda yük avtomobilinin maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı "Qazel" makralı yük avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb və nəqliyyat vasitəsi iki yerə bölünüb. Hadisə zamanı Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri Ələkbər Gülhəsən oğlu Həsənov və Fariz Əliseyran oğlu Qarayev ölüb. Faktla bağlı araşdırma aparılır. Müxbir - Aydın Yavərzadə

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.