Gündem

“Bavariya” - “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Futbol üzrə Almaniya Bundesliqasının VIII turunda Münxenin “Bavariya” və Dortmundun “Borussiya” komandaları arasında keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, Münxendə keçirilən görüşdə hesabı 38-ci dəqiqədə “Bavariya”nın futbolçusu Konrad Laymer açıb. Komandanın digər qolunu 66-cı dəqiqədə Dayo Upamekano vurub. Dortmund “Borussiya”sının heyətində isə Seru Qirassi (60-cı dəqiqə) və Fabio Silva (89-cu dəqiqə) fərqləniblər. Beləliklə, VIII turdan sonra hər iki klubun aktivində 18 xal var və onlar turnir cədvəlinin 1-ci pilləsini bölüşür.

Kaynak: AZƏRTAC

Bu konuda

Ekolayzer

Oyundan çıkıyor musun?

Dereceli oyun sürüyor: süren işlemeye devam eder ve yenik sayılabilirsin.