Gündem

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Çox gözəl yarışdır. Mən “Qələbə qaçışı”nı çox sevirəm və hər il iştirak etməyə çalışıram. Çünki bu yarış xalqımızın ruhunu yüksəldir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nda qadınlar arasında birinci yeri tutan Anna Yusubova deyib.

O, bu tədbirin çox önəmli olduğunu söyləyib: “Bu il yarış xüsusilə möhtəşəm keçdi. Marşrut boyunca yaradılan dəstək zonaları və insanların idmançılara dəstəyi məni çox ruhlandırdı. Bu, çox xoşuma gəldi”.A.Yusubova qeyd edib ki, 2023-cü il istisna olmaqla, yarışın keçirildiyi bütün illərdə iştirak edib və hər dəfə birinci yeri tutub. O, iştirakçı sayının artmasını da müsbət qiymətləndirib: “İldən-ilə insanların belə yarışlara marağının artdığını və daha çox iştirak etdiklərini görürəm.

Bu, çox yaxşı haldır”.Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir. Fotoqraf - Səfiyar Məcnun

Kaynak: AZƏRTAC

Bu konuda

Ekolayzer

Oyundan çıkıyor musun?

Dereceli oyun sürüyor: süren işlemeye devam eder ve yenik sayılabilirsin.