Спорт

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

AZƏRTAC ·

Astana, 1 noyabr, AZƏRTAC Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kiloqram çəki dərəcələrində medalçılar müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal uğrunda görüşə çıxıb. Onlardan yalnız Ali Tsokayev medal qazanıb.57 kiloqramda İslam Bazarqanov bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub.74 kiloqramda Turan Bayramov təsəlliverici görüşlərdə əvvəlcə kosovolu Eqzon Xonini 7:0, ardınca tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) məğlub edib.

Lakin bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiyə 0:11 hesabı ilə uduzub.79 kiloqramda Cəbrayıl Hacıyev üçüncü yer uğrunda görüşdə Belarusun Olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabı ilə məğlub olub.92 kiloqramda Ali Tsokayev böyüklər arasında debüt etdiyi dünya çempionatını bürünc medalla başa vurub.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Beləliklə, Ali Tsokayev bürünc medal qazanıb, İslam Bazarqanov, Turan Bayramov və Cəbrayıl Hacıyev isə dünya çempionatını 5-ci yerdə başa vurublar. Qeyd edək ki, oktyabrın 24-də “Barys Arena”da başlayan dünya çempionatına noyabrın 1-də yekun vurulub.

Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana

Источник: AZƏRTAC

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.