Спорт

Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb

Report ·

Misli Premyer Liqasının X turunda "Kəpəz" evdə "İmişli"yə qalib gəlib.

"Report" xəbər verir ki, Gəncə stadionunda keçirilən oyun ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

"Kəpəz" 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. "İmişli" isə 10 xalla səkkizincidir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Sabah"ı, "Neftçi" isə "Şamaxı"nı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Источник: Report

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.