Спорт

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

AZƏRTAC ·

Astana, 1 noyabr, AZƏRTAC Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazana bilməyib. AZƏRTAC xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Belarus güləşçisi Məhəmmədxəbib Kadziməhəmədova məğlub olub. Beləliklə, Cəbrayıl Hacıyev dünya çempionatını beşinci pillədə başa vurub. Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq. Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana

Источник: AZƏRTAC

По этой теме

Эквалайзер

Выйти из игры?

Рейтинговая игра продолжается: ваше время идёт, и вам может быть засчитано поражение.