Hadisə

Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb

Report ·

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən qanunsuz narkotik əməliyyatları zamanı 40 nəfər həbs edilib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, oktyabrın 25-dən 31-dək polis əməkdaşları şəhərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Bildirilib ki, araşdırma nəticəsində ümumilikdə 109 şübhəli saxlanılıb: "Şübhəlilərdən 40-ı barəsində həbs qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir".

Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, 1 ədəd tapança, 24 ov tüfəngi patronu, həmçinin 159 min 475 Türkiyə lirəsi (təxminən 5 442 manat) aşkarlanaraq götürülüb.

Mənbə: Report

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.