Dünya

Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb

Report ·

Qətərin "Nakilat" şirkətinin mayeləşdirilmiş təbii qaz daşıyan "Əl-Mayeda" tankeri Fars körfəzində hücuma məruz qalıb."Report" "Qatar News Agency"yə (QNA) istinadən xəbər verir ki, bu barədə qaz nəqli şirkətinin bəyanatında deyilir. Məlumata görə, hadisə nəticəsində göyərtədəki heyət üzvlərindən heç biri xəsarət almayıb, ətraf mühitə ziyan dəyməyib. Gəmi təhlükəsiz, işlək vəziyyətdədir, hücmun nəticələri qiymətləndirilir. Qeyd olunur ki, "Nakilat" vəziyyəti yaxından izləməyə davam edir, təhlükəsizliyi təmin etmək üçün gəmi, ekipajı və bölgədəki müvafiq dəniz təhlükəsizliyi orqanları ilə birbaşa əlaqə saxlayır.

Mənbə: Report

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.