Dünya

FT: Almaniya qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər

Report ·

Almaniya Federativ Respublikasında (AFR) qaz anbarları təxminən 62% doludur və bu, isitmə mövsümü başlamazdan əvvəl infrastruktur operatorları üçün müəyyən edilmiş 80%-lik hədəf səviyyəsindən əhəmiyyətli dərəcədə aşağıdır.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.

Məlumata görə, bütövlükdə Avropa İttifaqı (Aİ) qışa tarixi normalardan əhəmiyyətli dərəcədə aşağı olan qaz ehtiyatları ilə daxil olacaq. Belə ki, bütün blok üzrə anbarlar 75%-dən az doludur.

AFR isə Aİ-də ən böyük qaz istehlakçısıdır və ən böyük anbarlara malikdir, buna görə də Berlinin qaz almaq zərurəti digər ölkələr üçün qiymətlərin artmasına səbəb ola bilər.

"Politico" qəzeti oktyabrda Aİ-nin qarşıdan gələn qışda ən böyük qaz kəsiri (14 milyard kubmetrə qədər) ilə üzləşə biləcəyini bildirib, çünki Avropa anbarları cəmi 72% doludur.

Daha əvvəl qlobal enerji bazarındakı qeyri-sabit vəziyyətə görə Avropada bahalı qış proqnozlaşdırılıb.

Mənbə: Report

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.