Almaniyada etiraz aksiyalarında iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Almaniyada hökumət əleyhinə etiraz aksiyalarında baş verən iğtişaşlarla əlaqədar 54 nəfər saxlanılıb.
"Report"un "Bild"ə istinadən məlumatına görə, bu barədə Frankfurt-Maynın daxili işlər naziri Roman Pozek bildirib.
Saxlanılanlar 13-29 yaşlarındadır.
Ölkənin 30-dan çox şəhərində keçirilən kütləvi nümayişlərdə 160 mindən çox insan iştirak edib. Aksiyalar əvvəlcə dinc xarakterli olub, sonra zorakılığa çevrilib, iştirakçılar maşınları yandırıb və polisə pirotexniki vasitələr atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Frankfurtdakı iğtişaşlar xüsusilə şiddətli olub. Şəhərin mərkəzi, xüsusən məşhur Sayl ticarət küçəsi ətrafındakı ərazi viran qalıb. Şəhərə göndərilən 1 000 polis əməkdaşından 100-dən çoxu yaralanıb.
Kaynak: Report