Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub
Astana, 1 noyabr, AZƏRTAC Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazana bilməyib. AZƏRTAC-ın müxbiri xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə Rusiya güləşçisi Abubakar Mutaliyevə 2:6 hesabı ilə məğlub olub. Beləliklə, İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub. Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq. Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana
Kaynak: AZƏRTAC