Kültür

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

AZƏRTAC ·

Naxçıvan, 1 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Naxçıvan Dövlət Kukla Teatrından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, memorandum Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradlı tərəfindən imzalanıb.

Sənədin əsas məqsədi iki teatr arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və teatr sənəti sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsidir. Memoranduma əsasən, teatrlar arasında birgə yaradıcılıq layihələrinin hazırlanması və həyata keçirilməsi, tamaşaların qarşılıqlı nümayişi, yaradıcı kollektivlərin təcrübə mübadiləsinin təşkili, eləcə də qarşılıqlı qastrol səfərlərinin keçirilməsi nəzərdə tutulur.

Memorandumun hər iki teatrın yaradıcılıq fəaliyyətinə yeni imkanlar qazandıracağı, teatr kollektivləri arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, mədəni əməkdaşlığın daha da genişlənməsinə və kukla teatrı sənətinin inkişafına töhfə verəcəyi gözlənilir. Müxbir - Nail Əsgərov

Kaynak: AZƏRTAC

Bu konuda

Ekolayzer

Oyundan çıkıyor musun?

Dereceli oyun sürüyor: süren işlemeye devam eder ve yenik sayılabilirsin.