
Son nəfəsədək (2018) - bədii film - Qarabağ müharibəsi
2018 97 dk
12+ 1989-cu il. Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər doğma torpağına Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır... Filmin çəkilişləri Füzulidə, Cəlilabadda və “Azərbaycanfilm” kinostudiyasında aparılıb. İstehsalçı: Frame Film İlk baxış tarixi: 12.04.2018 Texniki göstəricilər: 21:9 Janr: dram, triller Rejissor: Nurəddin Ssenari müəllifi: Nurəddin Aslanov Redaktor: Kamran Qasımov Operator: Cavid Oruclu Rəssam: Mehriban Əfəndi Bəstəkar: Yaşar Baxış Rollarda: İlqar Cahangir (Yavər İsgəndərov), Eldar Bağırbəyov (Aleksandr Roxlin), İlqar Musayev (Valeh), Elşən Rüstəmov (Bakir), Vüqar Vəlixanov (Hüseyn), Novruz Cəfərov (Şiraslan), Məhərrəm Qurbanov (Əsgər), Rövşən Kərimduxt (Ramiz), Elçin Əfəndi (Pənah), Emin Sevdiməliyev (Nizami), Taleh Yüzbəyov (Əhəd), Ülviyyə Rza (Qaratel), Günel İmanova (leytenant Kostıgina), Rafiz Mehdizadə (Turqut), Nurəddin Aslanov (Nazim), Vüqar Məmmədəliyev (dükançı Şakir), Namis Şirməmmədov (Saribek), Vaqif Kərimov (erməni sürücü), Şahin Sərkərov (erməni snayper), Fəridə Babayeva (tibb bacısı), Əjdər Qarayev (Yavərin cavanlığı), Dilarə Məmmədova (Yavərin anası), Aygün Cəfərova (Yavərin bacısı), Vüqar Abbasov (rus sürücü), Əliqulu Səmədov (kənd sovetinin sədri), Məryəm Qələndərli (Məsumə), Niyaz Qasımov (tacik Ulan), Cavanşir Məhərrəmov (Karen) Baş prodüser: Nurəddin Aslanov Film Azərbaycan Kinorejissorlar Gildiyası ilə 01.06.2024-cü il tarixində bağlanmış müqavilə əsasında yayımlanır. #Yavərİsgəndərov #Şəhid #qarabağmünaqişəsi #YuxarıVeysəlli
Oyuncular: İlqar Cahangir, Eldar Bağırbəyov
Yönetmen: Nürəddin Aslanov
Nurəddin Aslanov