Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Neft hasilatının könüllü azalmasında iştirak edən yeddi aparıcı OPEC+ ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair) dekabr kvotalarını əvvəlki ay səviyyəsində saxlamağa qərar verib.
"Report"un xəbərinə görə, bu barədə təşkilatın bugünkü iclasın yekunlarına dair məlumatında deyilir.
Dekabrda Rusiyanın kvotası gündə 9,949 milyon barel, Səudiyyə Ərəbistanının - 10,478 milyon, İraqın 4,431 milyon, Küveytin 2,676 milyon, Qazaxıstanın 1,628 milyon, Əlcəzairin 1,007 milyon, Omanın 841 min barel olacaq.
Ölkələr həmçinin əməkdaşlıq Bəyannaməsi çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını da təsdiqlədilər.
"Yeddilik" ölkələrinin neft bazarındakı vəziyyəti qiymətləndirmək üçün növbəti görüşü noyabrın 29-na planlaşdırılıb.
Daha əvvəl OPEC+ iştirakçıları könüllü hasilatın 3,85 milyon b/s azalmasını başa çatdırıblar. Qeyd edək ki, 2026-cı ilin sonuna qədər bütün alyans ölkələri üçün əlavə məhdudiyyətlər olmadan təsdiq edilmiş kvotalar qüvvədə olacaq. İcazə verilən ümumi istehsal həcmi 36,206 milyon b/s-dir. Eyni zamanda, "yeddilik" 2027-ci il üçün kvotaların müzakirəsinə diqqət yetirərək aylıq görüşlərini davam etdirəcək.
Источник: Report