Məxfilik siyasəti

iplay.az-da hansı məlumatların saxlandığı, nə üçün lazım olduğu və nə vaxt silindiyi.

Hesab

Qeydiyyatda istifadəçi adı, e-poçt və şifrə istəyirik. Profilə yazdığınız ad və seçdiyiniz şəkil də saxlanır. Şərtləri qəbul etdiyiniz vaxt da qeyd olunur.

Şifrənin özü saxlanmır, yalnız ondan hesablanan, geri qaytarılmayan iz saxlanır. E-poçtu hesabla bağlı məktublar və dəstək cavabları üçün işlədirik.

Dostunuzun linki ilə hesab açsanız, kimin dəvət etdiyi hesabda qeyd olunur və e-poçtu təsdiqləyəndə ona istifadəçi adınız bildirilir. Qeydiyyat formunda bundan imtina edə bilərsiniz. Profildə neçə dəvət etdiyiniz və dəvətlə gəldiyiniz görünür. Dəvət heç bir dostluq yaratmır.

Saytda etdikləriniz

Oyun nəticələri və reytinq, mesajlar, şərhlər, dostlar və bloklar, yüklədiyiniz video, musiqi, kitab və şəkillər saxlanır, çünki sayt bunlarla işləyir.

Oyunlarınızı kimin izləyəcəyini və sizi kimin oyuna çağıracağını Ayarlar > Məxfilik bölməsində seçirsiniz.

Aktivlik və təhlükəsizlik

Saytda olduğunuz müddətdə IP ünvanı, cihaz və brauzer növü, dil və saytdakı yeriniz (səhifə, oyun) emal olunur.

Məqsəd: hesabların və oyunların təhlükəsizliyi, sui-istifadənin qarşısının alınması, xidmətin statistikası.

Üzvlərin IP ünvanlı qeydləri 30 gün, günlük aktivlik müddəti 90 gün saxlanılır, sonra silinir; şəxssiz ümumi statistika müddətsiz saxlanılır. Hesaba girişin özü (IP ünvanı və brauzer) giriş bitənə qədər saxlanır.

Qonaqların IP ünvanı bu qeydlərdə saxlanılmır, onlar yalnız hər gün dəyişən anonim sayğacla sayılır. Serverin texniki jurnallarında sorğuların IP ünvanı qeyd oluna bilər.

Bu məlumatları yalnız sayt administratorları görür; hər baxış qeydə alınır; üçüncü tərəflərə verilmir.

Təxmini yer (ölkə, şəhər) serverdəki DB-IP bazası ilə müəyyən edilir; heç bir xarici xidmətə sorğu göndərilmir.

Sürət və xətalar: səhifənin nə qədər tez açıldığı və brauzerdə baş verən xətalar cihaz və brauzer növü ilə toplanır, amma hesab, IP ünvanı və kuki olmadan; ölçülər 14 gün, xətalar 30 gün saxlanılır.

Kukilər və brauzer yaddaşı

Giriş: hesabınızda qalmağınız üçün, 30 gün, işlədikcə uzanır.

Seçimlər: görünüş, şəhər, oyunun tam ekranı, 1 il.

Qonaq oyunları: Söz tap, Muğam və Krossvord hesabsız oynayanın gedişatını saxlamaq üçün təsadüfi nömrəli kuki yazır, 400 gün.

Reklam keçidi: reklam linki ilə gələn brauzerə 30 günlük kuki yazılır. O, yalnız hansı keçiddən gəlindiyini, oyuna başlanıb-başlanmadığını və hesab açılıb-açılmadığını göstərir, heç kimə xas nömrə və şəxsi məlumat saxlamır. Həmin brauzerdən hesab açılsa, keçid hesabda da qeyd olunur.

Dəvət linki: dostunuzun linki ilə gələn brauzerə 30 günlük kuki yazılır, o, yalnız kimin dəvət etdiyini göstərir və hesaba girəndə silinir.

Qısa kukilər: bir dəfəlik bildiriş və şifrə bərpası üçün, qısa müddətdən sonra silinir.

Analitika: Google Analytics yalnız sayt onu açıbsa və ekrandakı sualda razılıq versəniz işə düşür. Fikrinizi aşağıdakı kuki düyməsi ilə dəyişə bilərsiniz.

Brauzer yaddaşı: bəzi seçimlər və oyunun gedişi yalnız cihazınızın yaddaşında qalır.

Kənar xidmətlər

Radio və canlı TV stansiyanın öz serverindən gəlir: dinləyəndə və baxanda həmin server IP ünvanınızı görür.

Paylaşılmış YouTube videosu YouTube-un öz pleyerində açılır (youtube-nocookie.com): açanda sorğu YouTube-a gedir.

Telefona bildirişi açsanız, o, cihazınızın xidməti ilə gəlir (Apple, Google, Mozilla, Microsoft). Mətn şifrələnmiş gedir, xidmət onu oxuya bilmir.

Məktublar poçt serveri ilə göndərilir: ona ünvanınız və məktubun özü gedir.

Oyunda səsli söhbət və dosta zəng brauzerlər arasında birbaşa qurula bilər: o zaman qarşı tərəf IP ünvanınızı görə bilər.

Xəbərləri və havanı server özü götürür: bu zaman sizin məlumatınız heç yerə getmir.

Mağaza və qazanc

Sifariş versəniz, ad, telefon və ünvanınız sifariş üçün saxlanır.

Qazanc proqramına qoşulsanız, bank hesabınız şifrələnmiş saxlanır və yalnız ödəniş üçün işlədilir.

Kimə verilir

Məlumatlarınızı satmırıq və reklam üçün kənara vermirik.

Qanunla tələb olunduqda səlahiyyətli orqanlara verə bilərik.

Yeni üzvün ilk videosu və ya mahnısı yoxlanarkən başlığı, təsviri və ya ifaçısı, şəkli və kadrları süni intellekt xidməti Anthropic-ə (Claude) göndərilir ki, sayt sahibi nəyə birinci baxacağını bilsin. Səs və gizli videolar göndərilmir.

Hesabı silmək

Hesabı Ayarlar > Hesab bölməsindən silə bilərsiniz. 30 gün ərzində daxil olsanız, hesab geri qayıdır.

Sonra ad, e-poçt, şifrə, profil şəkli, videolar, musiqi, kitablar, dostluqlar və abunələr silinir. Oyun nəticələri, başqalarına yazdığınız mesajlar və ödəniş qeydləri adsız qalır. Aktivlik qeydləri öz müddəti bitəndə silinir.

Silinən məlumat ehtiyat nüsxələrdə 8 həftəyədək qala bilər.

Hüquqlarınız

Adınızı, e-poçtunuzu və profilinizi Ayarlar bölməsində özünüz dəyişə bilərsiniz.

Məlumatlarınız barədə sorğu və ya şikayət üçün bizə yazın: Dəstək

Son dəyişiklik: 2 noyabr 2026

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.