İdman

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

AZƏRTAC ·

Astana, 1 noyabr, AZƏRTACAzərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ikinci təsəlliverici görüşdə Tacikistan güləşçisi Viktor Rassadinlə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Xalların keyfiyyətinə görə rəqibinə qalib gələn Turan Bayramov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Azərbaycan güləşçisi bundan əvvəl ilk təsəlliverici görüşdə Kosovo təmsilçisi Eqzon Conini 7:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq. 16:53 Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının təsəlliverici görüşündə qələbə qazanıb.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kosovo güləşçisi Eqzon Xoniyə qalib gələrək bürünc medal uğrunda mübarizəni davam etdirir. Turan Bayramovun növbəti rəqibi Tacikistan təmsilçisi Viktor Rassadin olacaq. Azərbaycan güləşçisi bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyagi ilə üz-üzə gələcək.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatı noyabrın 1-də başa çatacaq. Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.