İqtisadiyyat

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha iki oyun keçiriləcək. AZƏRTAC xəbər verir ki, saat 15:00-da “Şamaxı” “Neftçi”ni qəbul edəcək. Hazırda “Neftçi” (9 oyun) 18 xalla turnir cədvəlinin üçüncü, “Şamaxı” (9 oyun) isə 13 xalla yeddinci pilləsində qərarlaşıb. Saat 17:30-da isə “Kəpəz” “İmişli”ni qəbul edəcək. Bu komandalardan “Kəpəz” (8 oyun) 14 xalla altıncı, “İmişli” (9 oyun) isə 10 xalla səkkizinci pillədədir.

Turnir cədvəlinə 20 xalla “Sabah” (9 oyun) liderlik edir. Azərbaycan Premyer LiqasıX tur1 noyabr “Şamaxı” - “Neftçi” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin ƏliyevVAR: Kamal Umudlu AVAR: Vüsal MəmmədovHakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Kifayət MustafayevaŞamaxı şəhər stadionu “Kəpəz” - “İmişli”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam MəmmədovVAR: Rəşad Əhmədov AVAR: Kərim ZeynalovHakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Eldar MəmmədovGəncə şəhər stadionu

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.