Gündəm

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Artıq ikinci dəfədir ki, bu yarışda iştirak edirəm və qalib oluram. Yarış yaxşı keçdi, əla idi. Bu, bizim üçün xüsusi yarışdır. Şadam ki, qalib oldum. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı”nda kişilər arasında birinci yeri tutan Bəxtiyar Əsgərli deyib.

Azərbaycan Atletika Federasiyasının milli komandasının üzvü olan idmançı yarışın onun üçün xüsusi məna daşıdığını bildirib: “Bu, qalib ölkənin yarışıdır və bizim üçün xüsusi məna daşıyır. Biz qalibik və bu, bizim üçün böyük yarışdır”.B.Əsgərli məsafənin ən çətin hissəsinin küləyə qarşı qaçmaq olduğunu vurğulayıb: “Yarış zamanı, xüsusilə geri qayıdarkən külək çətinlik yaratdı.

Digər məqamlar isə yaxşı idi”.Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir. Fotoqraf - Səfiyar Məcnun

Mənbə: AZƏRTAC

Bu mövzuda

Ekvalayzer

Oyundan çıxırsan?

Reytinq oyunu davam edir: vaxtın gedəcək və məğlub sayıla bilərsən.