Sport

"Real" La Liqanın XI turunda səfərdə "Rasinq"i darmadağın edib

Report ·

"Real Madrid" klubu İspaniya çempionatının XI turunda səfərdə Santanderin "Rasinq" komandasını darmadağın edib.

"Report" xəbər verir ki, "El-Sardinero" stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kilian Mbappe 11-ci dəqiqədə penaltidən hesabı açıb. Cəmi 10 dəqiqə sonra Arda Gülərin ötürməsindən sonra Cud Bellinqem komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni isə 36-cı dəqiqədə Yan Diomande qoyub.

Bu qələbədən sonra "Real" 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3 xal geri qalır.

Source: Report

On this topic

Equalizer

Leave the game?

The rated game goes on: your clock keeps running and you may lose.