General

Türkiyə ilə Cənubi Koreya arasında müxtəlif sənədlər imzalanacaq

Report ·

Türkiyə ilə Cənubi Koreya arasında ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirmək üçün müxtəlif sənədlər imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasının Prezidenti Li Cemyönün dəvətini qəbul edərək, 1-4 noyabr 2026-cı il tarixlərində Seula səfər edəcək", - o bildirib.

Qeyd olunub ki, 3 noyabr çərşənbə axşamı günü keçiriləcək rəsmi görüşlərdə, iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə müzakirə ediləcək; aktual regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq:

"İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını gücləndirəcək müxtəlif sənədlər də imzalanacaq".

Source: Report

On this topic

Equalizer

Leave the game?

The rated game goes on: your clock keeps running and you may lose.