Economy

Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 28 milyard dollardan çox azalıb

Report ·

Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti bu ilin əvvəlindən 28 milyard dollardan çox azalıb."Report" xəbər verir ki, bunu "Bloomberg Billionaires Index"in oktyabrın sonuna olan məlumatları göstərir. Reytinqin rusiyalı iştirakçıları arasında sərvətin ən böyük azalması "Nornikel"in prezidenti Vladimir Potanində qeydə alınıb - illik olaraq 8,1 milyard dollar azalaraq 21,6 milyard dollara enib.

Növbəti yerdə Mixail Proxorov ("Oneksim") qərarlaşıb - 4,86 milyard dollar azalaraq 10,8 milyard dollar olub. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalaraq 10,4 milyard dollara düşən Mixail Fridman qapayır. Oktyabrın 1-nə olan məlumata görə, Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti ilin əvvəlindən bəri 25 milyard dollardan çox azalıb."Bloomberg Billionaires Index" milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Bəzi şirkətlər üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin hər səhmə düşən mənfəətə nisbəti əsasında aparılır. Ümumilikdə reytinqə dünyanın ən zəngin 500 insanı daxildir.

Source: Report

On this topic

Equalizer

Leave the game?

The rated game goes on: your clock keeps running and you may lose.