İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6), Hərbi Dəniz Qüvvələri (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force - RAF) terror təşkilatları kimi tanıyıb."Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının XİN-i bəyanat yayıb."Bu bəyanatın dərc edildiyi vaxtdan Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) milli təhlükəsizlik və maraqlara qarşı casusluq, İsrail və düşmən ölkələrlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun 1-ci maddəsinin 2-ci bəndinə əsasən düşmən qrup kimi qəbul edilir.
Bu bəyanatın dərc edildiyi vaxtdan Kral Hərbi Dəniz Qüvvələri (Navy Royal) və Kral Hərbi Hava Qüvvələri (Royal Air Force - RAF) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı elan edilməsinə qarşı cavab tədbiri haqqında qanuna tabe edilir və buna əsasən bu iki qurum terror təşkilatları kimi tanınır", - bəyanatda vurğulanıb.
İran bu addımı BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq hüquqla əsaslandırıb.
Source: Report