World

Amerikalı üzgüçü Keyt Duqlas dünya rekordunu yeniləyib

Report ·

Amerikalı üzgüçü Keyt Duqlas qısa hovuzda 100 metr məsafəyə sərbəst üsulla üzmə növündə dünya rekordunu yeniləyib.

"Report" xəbər verir ki, 24 yaşlı idmançı Vestmont şəhərində keçirilən seçmə yarışlarda məsafəni 49,64 saniyəyə qət edib.

Bununla da o, özünə məxsus əvvəlki dünya rekordunu yeniləyib. Duqlas 2025-ci ildə Kanadada keçirilən Dünya Kubokunun mərhələsində bu məsafəni 49,93 saniyəyə üzmüşdü.

İkiqat Olimpiya çempionu olan amerikalı üzgüçü dünya çempionatlarında yeddi dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qısa hovuzda keçirilən dünya çempionatlarında isə 11 dəfə qızıl medal qazanıb.

Source: Report

On this topic

Equalizer

Leave the game?

The rated game goes on: your clock keeps running and you may lose.