Möhsün Rzayi: İran ABŞ-yə inanmır
Bakı, 1 noyabr, AZƏRTAC Rəsmi Tehran Vaşinqtonun təşəbbüslərinə dərin şübhə ilə yanaşır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib. O deyib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşəbbüslərdən diplomatik prosesdən sonrakı hərbi hücuma hazırlıq üçün istifadə edə biləcəyindən ehtiyatlanır."İran ABŞ-yə inanmır. Ara-sıra danışıqlar aparıb, vaxt qazanmaq istəyirsiniz", - deyə Möhsün Rzayi vurğulayıb.
Source: AZƏRTAC