General

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

AZƏRTAC ·

Bakı, 1 noyabr, AZƏRTAC Bir neçə gündən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfəri hamımız qeyd edəcəyik. Bu qələbəyə həsr olunmuş ənənəvi “Qələbə qaçışı”nı artıq altıncı dəfədir təşkil edirik. Havanın yaxşı olması, iştirakçıların əhvali-ruhiyyəsinin yüksəkliyi sevindiricidir. AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 6-cı ildönümünə həsr olunmuş “Qələbə qaçışı” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iştirakçıların sayı ildən-ilə artır: “Sevindirici haldır ki, qadın iştirakçıların da sayı çoxalır. Bu dəfə 2000-dən artıq iştirakçımız var. İl ərzində müxtəlif məsafələrə, o cümlədən 3 və 5 kilometrə qaçış yarışları təşkil olunur. Ölkəmizdə hər il yarımarafon da keçirilir. Artıq bu il yarımarafon tam marafona çevrilib. Belə yarışlar iştirakçılar üçün daha böyük yarışlara hazırlaşmaq baxımından yaxşı stimul yaradır.

Hər bir iştirakçını, finişə çatan idmançıları təbrik edirəm”.Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir. Fotoqraf - Səfiyar Məcnun

Source: AZƏRTAC

On this topic

Equalizer

Leave the game?

The rated game goes on: your clock keeps running and you may lose.